İndoneziyanın Yava dənizində, ölkə sahilləri yaxınlığında bərənin çevrilməsi nəticəsində azı 6 nəfər ölüb.
Sherg.az xəbər verir ki, “Reuters” yerli hakimiyyət orqanlarına istinadən hadisə zamanı 243 nəfərin bərədə olduğunu yazıb.
Məlumata görə, 107 nəfər xilas edilib, 130 sərnişinin taleyi isə hələlik məlum deyil. Xilasetmə əməliyyatı davam etdirilir.
İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandi bildirib ki, bərə çevrilsə də, suyun üzərində qalıb.
Axtarış-xilasetmə əməliyyatına hərbi dəniz qüvvələri, su polisi və liman xidmətləri cəlb olunub. Qəzanın səbəbi hələlik müəyyən edilməyib.