İranda SEPAH və ETTELAAT-ın zabitləri öldürüldülər - FOTO

İranın Qərbi Azərbaycan vilayətində etirazçılarla qarşıdurmada İnqilab Keşikçiləri Korpusu (SEPAH) və İİR Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşları qətlə yetiriliblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mehdi İsnaəşəri və SEPAH zabiti Rəhim Səhabi ötən gecə Bəykəndi (Bukan) şəhərində baş verən toqquşmalarda ölüblər.
Telegram Widget
TƏCİLİ: İranda SEPAH və ETTELAAT Nazirliyinin zabitləri öldürüldüQərbi Azərbaycan əyalətinin Bəykəndi (Bukan) şəhərində etirazçılar İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşlarını qətlə yetiriblər.İranın “aftabnews” saytının xəbərinə görə, ötən gecə Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində baş verən toqquşmalarda Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mehdi İsnaəşəri və SEPAH zabiti Rəhim Səhabi həyatını itirib.