Mingəçevirdə xüsusi əməliyyat: Müqavimət göstərən şəxs məhv edildi - (YENİLƏNİB)
Fidan Həmişəyeva
09:21 27.02.2020
Hadisə
662
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə baş verən hadisə ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir: “Bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya üç dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq, A.Ağayev barəsində axtarış elan olunub.
Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilib və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq, A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb.
Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.
Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı bir ədəd “PSM” markalı tapança, ona aid səsboğucu, altı ədəd patron, bir ədəd “RQD-5” əl qumbarası və bir ədəd qaz tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.
12:04
Mingəçevirdə xüsusi əməliyyat keçirilib.
APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib.
Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya