Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havada quşlarla toqquşduqdan sonra Şeremetyevo hava limanına geri qayıdıb.
Axşam.az xəbər verir ki, bu barədə müğənni Talıb Tale sosial şəbəkə hesabında paylaşım edib.
Onunla birgə təyyarədə müğənni Almaxanım Əhmədli də olub.
Hadisə nəticəsində təyyarə planlaşdırılan marşrutu davam etdirə bilməyib və təhlükəsizlik prosedurlarına uyğun olaraq geridönüş qərarı verilib.
“Aeroflot”un yaydığı açıqlamada bildirilib ki, eniş uğurla həyata keçirilib, hər iki mühərrik normal işləyib və təyyarədə texniki nasazlıq qeydə alınmayıb. Təyyarə enişdən sonra dayanacaq yerinə yönləndirilib.