Mükafat 100 min dollara qaldırıldı - Məşhur aparıcının anası hələ də itkindir

FBI, NBC kanalında yayımlanan Today proqramının aparıcısı Savannah Guthrienin 84 yaşlı anası Nancy Guthrienin tapılması üçün verilən mükafatı 50 min dollardan 100 min dollara yüksəldib.

Sherg.az xəbər verir ki, hadisə qaçırılma kimi qiymətləndirilir. Təhlükəsizlik kameralarında evin önündə silahlı bir kişinin görüntüləri aşkarlanıb.

İstintaq davam edir, məlumatı olan şəxslərə FBI-ya müraciət etmək çağırışı edilib.