ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda uşaq meydançasında baş verən silahlı atəş nəticəsində iki kişi həlak olub.
Sherg.az xəbər verir ki, polisin məlumatına görə, 33 və 35 yaşlı iki kişi güllə yaraları ilə xəstəxanaya çatdırılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə ilə bağlı saxlanılan yoxdur. Polis atışmanın səbəblərini araşdırır.