Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb

Azərbaycanda martın 13-də axtarışda olduğuna görə ümumilikdə 163 nəfər saxlanılıb.

Bu barədə "Sherg.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, polis əməkdaşlarının martın 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.