Qadınların qənimi...
Yusif Nəzərli
08:45 25.05.2022
Hadisə
579
Qatil 46 il sonra şəhər gəzintisinə çıxarıldı, istəyi maraqlı oldu
İrlandiyada 2 gənc qadına təcavüz edərək xüsusi amansızlıqla qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum olmuş John Shawn 46 ildən sonra ilk dəfə gəzintiyə çıxarılıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, John Shaw 1976-cı ildə həbs edilib.
Hazırda 75 yaşında olan qatil 46 il öncə 22 yaşlı Elizabeth Plunkett və 24 yaşlı Mary Duffyni qətlə yetirməkdə günahkar bilinib. Bu dəhşətli cinayəti törədərkən Johnun “yardımçısı” da varmış.
Qatilin cinayət ortağı Geoffrey Evans da ömürlük həbs cəzasına məhkum edilib. 46 il öncə törədilmiş cinayət işinin istintaqını təqib edən qaynaqların yazdığına görə, John və Geoffrey 1976-cı ilin yazında Böyük Britaniyadan İrlandiyaya gəlib və hər həftə bir qadını qətlə yetirməyi planlaşdırıblar.
Onların ilk qurbanı 22 yaşlı Elizabeth Plunkett olub. Gənc qadın axşam saatlarında evə qayıdarkən qaranlıq küçədə ona hücum edərək qaçırır, meşəyə aparır, təcavüz edir, sonra da boğaraq öldürüb dənizə atırlar. Növbəti qurbanları isə 24 yaşlı Mary Duffy olub.
Mary restoranların birində aşbaz işləyirmiş. Gənc qadın gecə növbəsindən evə dönərkən ona da hücum edib, bayıldır, qadının əllərini bağlayaraq ona dəfələrlə təcavüz edir, sonra isə ayaqlarını betonlayaraq İnagh gölünə atıblar. Qatillər 1978-ci ildə yaxalanıb. John məhkəmədə qadınları öldürməyi necə planladıqlarını etiraf edib, onu bu cinayətə “dostu” Geoffrynin sürüklədiyini deyib: “Bunları etmək istəmirdim. Bunları mənə Geoffry məcbur etdi.
Şeytan bunu mənə etdirdi. Onu məndən uzaq tutun”. Qatillər ayrı-ayrı həbsxanalarda saxlanılıb. Evans Dublindəki həbsxanalardan birində 4 il komada qalıb, nəhayət sepsisdən vəfat edib. John Shawna isə 46 il sonra ilk dəfə şəhərə gəzintiyə çıxmaq icazəsi verilib.
Bundan bir neçə il əvvəl də məhkəmə qatilə belə bir izn vermək istəyib, lakin onun hələ də qadınlar üçün təhlükəli ola biləcəyini gözə alaraq icazəni ləğv edib. Bu dəfə isə qatil 2 mühafizəçinin nəzarəti altında şəhər mərkəzində gəzişib. Qatilin istəyi isə maraqlı olub. O, qəhvə içmək istədiyini deyib.
Saş-saqqalı ağarmış 75 yaşlı qatilə mühafizəçilərin əhatəsində bir kafedə qəhvə təqdim edilib. Təbii, kafedəkilər qatı cinayətkarla üz-üzə əyləşdiklərini bilməyib. Ətrafdakılar onu böyük ehtimalla “nəvələriylə gəzintiyə çıxmış baba” zənn ediblər. Gəzintidən sonra həbsxanaya qayıdan qatilin özünü xeyli rahat hiss etdiyi də bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya