Qazaxda kəndi su basıb - FOTO

Qazaxda sel suları üçün nəzərdə tutulan kanal sıradan çıxıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qarapapaq kəndini su basıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, evlərdə qalan azyaşlılar evakuasiya edilib.

Hazırda suyun qarşısının alınması istiqamətində işlər gedir.