
Qazilərin intiharı SOS siqnalıdır! – “Psixoloji seansdan keçməlidirlər”
Yusif Nəzərli
12:30 23.05.2022
Hadisə
589
Daha bir qazi intihar edib. Biləsuvarda özünə qəsd edən Əlisahib Məmmədov Vətən müharibəsi qazisi olub. Onun canına qəsd etməsinin təfərrüatı məlum olub. Modern.az-ın əldə etdiyi məlumata görə, qazi ailə münaqişəsi zəminində bu addımı atıb. Belə ki, son günlər Ə.Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb. Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana aparılmasına etiraz etsə də, qayınatası buna məhəl qoymayıb. Tərəflər arasında narazılıq yaranıb.
Məlum hadisədən bir gün sonra qazi Ə.Məmmədov özünü asaraq intihar edib. Onun rəsmi nikahının olmadığı bildirilir.

44 günlük Vətən müharibəsindən sonra qazi və müharibə iştiarkçıları arasında belə hallara mütamadi olaraq rast gəlinir. Psixoloq Vəfa Əkbər “Sherg.az”a açıqlaması zamanı bu hadisələrə toxunub. O, bildirib ki, istənilən halda ailələrdə münaqişələr və mübahisələr sonda yaxşı hala gətirib çıxamır, tükənmişlik sindromu yaradır:
“Amma bunu adi vətəndaş etsəydi, bu sadəcə bir intihar hadisəsi kimi bilinəcəkdi. Lakin qazilər bizim həssas nöqtəmiz olduğu üçün bu bizim üçün SOS siqnalıdır.
Qazilərin müharibədən sonra psixoloji yardım almaları mütləq idi. Çünki nə qədər də olmasa, yaşadıqları, gördükləri, hiss etdikləri , enerji və basdırılmış duyğuları necəsə çıxmalıdr. Onlar çıxmayanda katarsis yaranır. Yəni, yığılmış həmin enerji başqa bir yerdə partlayır.
Artıq onlar nəyisə dəyişməyə çalışdıqda, özlərini ifadə edə bilmədiklərində, qıya bildikləri yeganə can özləri olur. Təbii ki, onlar bizim üçün əvəzsiz və çox dəyərli insandırlar. Mütləq şəkildə psixoloji yardım almalıdırlar. Artıq bu bir təkan olmalıdır, belə hallarla rastlaşmamaq üçün onların hər biri bir kurs psixoloji seansdan keçməlidir”.
V.Əkbər hesab edir ki, ailələrdə intiharların səbəbləri, demək olar ki, eyni olur:
“Tükənmişlik sindromu, anlaşılmazlıq, dinlənməmək və həddən artıq özünü istismar etmə əsas səbələrdəndir. Bir müddətdən sonra həmin şəxslərdə ruhsal hissiyyatsızlıq yaranır. O adam heçnə hiss etmir, ona xoş olan, zövq aldığı şeyləri duymur. Xroniki və dərin depresiyaya düşürlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya