Qətər hərbi helikopteri adi missiya zamanı qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə texniki nasazlıq səbəbindən baş verib.
Qəza nəticəsində altı nəfər ölüb.
***
Qətərdə hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 türkiyəli həlak olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəzada 1 türk əsgəri və ASELSAN şirkətinin 2 texniki işçisi həyatlarını itirib.