Rus ordusunda döyüşən Abbasov itkin düşdü - FOTO

Cəlilabad rayonunun Bayxanlı kənd sakini Mehdi Elçin oğlu Abbasov Ukrayna-Rusiya müharibəsində itkin düşüb.

Axar.az xəbər verir ki, bu sözləri hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb.

“Mehdi Elçin oğlu Abbasov 2025-ci ilin aprelin 3-də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak üçün müqavilə bağlayıb.

Ailəsi ilə sonuncu dəfə mayın 5-də əlaqə saxlayıb və ondan sonra əlaqə kəsilib. Məlumata görə, 15 nəfərlik qrupla döyüşə giriblər. Həmin 15 nəfərin hamısı itkindir”, - Şahmuradov bildirib.