Şamaxıda fevralın 26-da 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.