Soçidə səhər saatlarında 4,5 maqnitudalı zəlzələ olub.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Andrey Proşunin sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib ki, mütəxəssislərdən təsdiq və ətraflı məlumat gözlənilir. İnfrastruktur zədələnməyib.