Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.