Sumqayıt şəhərində kişi meyiti tapılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Məlumata görə, ərazidə bir nəfərin meyiti aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, meyitin kimə məxsus olduğu və ölümün səbəbi müəyyənləşdirilir.