Fevralın 23-də saat 08:53 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 45-ci məhəllə, yaşayış binasından çağırış qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
***
09:59
Sumqayıtda 17 yaşlı qız binadan yıxılaraq ölüb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 45-ci məhəlləsində qeydə alınıb. Binadan yıxılan 17 yaşlı qız həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib.
İlkin məlumata əsasən, yeniyetmənin ehtiyatsızlıq nəticəsində binadan yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.