Tonqa Krallığının ən böyük adası - Niuatoputapunun cənub sahillərində 6 maqnitudalı zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Hihifo şəhərindən 17 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı təxminən 116 km dərinlikdə olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.