Türkiyədə yol qəzası olub, 17 nəfər xəsarət alıb

Türkiyədə ağır yol qəzası olub.

Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qəza Uşak şəhərində qeydə alınıb. Sərnişin mikroavtobusu əks zolağa çıxaraq, yolun kənarındakı xəndəyə aşıb.

Qəza nəticəsində on yeddi nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım, polis və jandarm əməkdaşları göndərilib.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qeyd edilir ki, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Mikroavtobus Uşak şəhər mərkəzindən işçiləri Eşme rayonundakı fabrikə aparırmış.