Ucarda 28 yaşlı şəxs bıçaqlanıb

Ucar rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə axşam saatlarında şəhər ərazisində baş verib.

Qarabörk kənd sakini, 1998-ci il təvəllüdlü Mais Ağasıyev bıçaq xəsarəti ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya yerləşdirilən şəxs dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır.