
Vardanyanı artıq Tramp da xilas edə bilməz: Separatizmə dəstək verənlərə güzəşt yoxdur
06:47 16.07.2025
Hadisə
324
Bəybala Mirzəyev: “Terrora sponsor olanlar beynəlxalq hüquq qarşısında cavab verməlidir"
Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a açıqlamasında beynəlxalq hüquq qarşısında heç kimin toxunulmaz olmadığını deyib: “Onun separatçı fəaliyyətlərə və qeyri-qanuni strukturlara dəstək verməsi, terrorizmin dolayı yollarla maliyyələşdirilməsi kimi ittihamlarla üzləşməsi, təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də narahatlıq doğurur:

“Adam müttəhimlər (təqsirləndirilənlər) köşəsində arxayın-arxayın oturub zərərçəkənlərin ifadələrini dinləyir, prokuror və hakimlərin suallarını cavablandırır və nədənsə, həm də ümid edir ki, günün birində ABŞ Prezidenti Donald Tramp da onun azadlığa buraxılması üçün Azərbaycana müraciət edə bilər. Bəli, onu bu yalana inandırıblar. Belə ki, Vardanyanın vəkili Jared Genser ABŞ prezidentinin bu məsələdə rol oynaya biləcəyini bildirib.
Buna görə də bəzi nüfuzlu ermənilər Trampın qızının əri ilə əlaqə saxlayıb, ona deyiblər ki, ABŞ prezidenti bu məsələni həll edə biləcək azsaylı şəxslərdən biridir.
Cavabında isə həmin ermənilərə bildirilib ki, Ermənistan rəhbərliyinin rəsmi müraciəti olarsa, cənab Tramp bu məsələyə müdaxilə edə bilər.
Bu cavab Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts vasitəsilə Nikol Paşinyana çatdırılıb və bildirilib ki, prezident üçün rəsmi əsas olacaq müraciətə ehtiyac var.
Nikol Paşinyan isə ağıllı davranaraq bu cür təxribatçı təşəbbüsə "yox!" deyib. O, belə bir məktubun Ermənistan-Azərbaycan sülh sazişinin bağlanmasına mane olacağını bildirib və Ruben Vardanyanın azadlığa buraxılması üçün ABŞ prezidentinə müraciət etməkdən imtina edib.
Ermənistanın baş naziri anlayır ki, indi Azərbaycanla sülh danışıqları prosesini bu cür təxribatçı addımlarla zərbə altında qoymaq olmaz, ona görə də rasional qərarlar qəbul edir. Vardanyanı isə hətta Tramp da xilas edə bilməz. Çünki terrorizmə və separatçılığa sponsorluq edənlərə heç bir ölkədə güzəşt olunmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm