Bu gün səhər saatlarında Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Hakim Piriyevin vida mərasimi keçirilir.
Teleqraf-ın əldə etdiyi məlumata görə, mərhum bu gün Salyan rayonunun Şorsulu kəndində torpağa tapşırılacaq.
Mərasimdə FHN-in rəhbər şəxsləri iştirak edəcək.