Bakıda hoteldə 25 yaşlı oğlanın meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə ötən gün paytaxtın Yasamal rayonunda baş verib.
Rayonun Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hoteldə şəhər sakini 2001-ci il təvəllüdlü İ.Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.