“Yumşalmalar əks-effekt verdi” - İkinci dalğa gələcək!
Banuçiçək Kalbalıyeva
12:35 24.08.2020
Hadisə
1141
“Bir çoxlarında inamsızlıq yarandı. Halbuki hələ nə xəstəlik bitib, nə də vaksin tapılıb”
“Koronavirusa qarşı mübarizə ideoloji və psixoloji işə çevrilməlidir”
“Məsuliyyətsizlik davam etsə, yoluxanların sayı hətta 1000-ə çata bilər”
Koronavirusa yoluxanların sayının ikirəqəmliyə düşdüyünü eşidəndə, oxuyanda necə sevindiyimiz, yəqin ki, çoxlarının yadındadır. Amma məsuliyyətsizliyimiz ucbatından bu sevinci doyunca yaşaya bilmədik. Bir də baxdıq ki, yoluxanların sayə yenidən kəllə-çarxa qalxdı -100, 120, 150...İndi də 200-ə yaxındır. Koronavirusa inanmayanlar, bunu bir oyun hesab edənlər, maska taxanlara, sosial məsafə saxlayanlara ikrahla baxanlar, gözünüz aydın! Amma nə olur olsun, qaydalara riayət edənlər, özlərini və əzizlərini düşünənlər də az deyil. Biz də ilk növbədə məhz onları fikirləşərək ictimai şüuru doğru istiqamətə yönəltmək məqsədilə əlimizdən gələni edirik.
Kultroloq Aydınxan Əbilov da "Sherg.az”a açıqlamasında insanları daha diqqətli olmağa çağırdı:
“Avropalı ekpertlərin də bildirdiyi kimi, ikinci dalğa gələcək. Bu, ya güclü, ya da zəif olacaq. Biz ikinci dalğanı artıq müşahidə edirik. Avropadakı növbəti dalğa zəifliyi ilə seçildi. Azərbaycanda isə yumşalmalar əks-effekt verdi. Məsuliyyətsizlik, etinazlıq artdı. Bir çoxlarında inamsızlıq yarandı.
Halbuki hələ nə xəstəlik bitib, nə də vaksin tapılıb. Mövsümün dəyişilməsi ilə əlaqədər olaraq payıza doğru orqanizmdə müəyyən zəifləmələrin olacağını nəzərə almaq lazımdır. Biz buna indidən hazırlaşmalıyıq. Koronavirusa qarşı mübarizə ideoloji və psixoloji işə çevrilməlidir. Məsuliyyət hissimizi artırmalıyıq.
Bu, qadağaların sərtləşməsi, cərimələrin artırılması, ictimai qınaq, ziyalıların sərt tənqidi və maarifləndirmə ilə həyata keçirilməlidir. Əfsuslar olsun ki, bəzi aydınlar “Mənə nə?” düşüncəsi ilə çıxış edərək sərt mövqe sərgiləmirlər. Düzdür, soyuqqanlı olmaq yaxşıdır. Bu, koronavirusla mübarizədə bizə kömək edən məqamdır. Amma məsuliyyətsizlik davam etsə, yoluxanların sayı hətta 1000-ə çata bilər”.
A.Əbilov, həmçinin bildirib ki, indiki – gələcəyi hələ qaranlıq gördüyümüz bir məqamda ailə həyatı qurmaq da təhlükəli ola bilər:
“Müğənni toy, molla yas arzusundadır. Buna görə də bəzən hətta dezinformasiyalar yayılır. Amma nəzərə almaq lazımdır ki, biz koronavirusun fəlsəfəsinə hələ tam bələd deyilik.
Fikrimcə, bu xəstəlik dünyaya yeni gələn uşaqların sağlamlıqlarına, o cümlədən fiziologiyasına təsir edə bilər. İzdivaca girən cütlüklərin körpələrinin immunitet baxımından zəif olması və onlarda daun xəstəliyinin yaranması istisna deyil. Bu mənada mövcud qaydalara ciddi-cəhdlə əməl etməkdə fayda var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm