- Zorakılıq edən şəxslərin müəyyənləşməməsində əsas səbəblərdən biri zorakılığa məruz qalmış şəxsin susması, hadisə barədə, ona qarşı edilən zorakılıq, təcavüz, işgəncə, ümumiyyətlə, pis münasibət barədə ailəsinə və ya aidiyyəti orqanlara məlumat verməməsidir. Biz ictimai birlik kimi bu məsələni həmişə gündəmə gətiririk və zorakılığa məruz qalan qadınlardan təkidlə xahiş edirik ki, bu haqda susmasınlar. Danışsınlar, məlumat versinlər. Susmaq problemi həll etmir, əksinə, daha da dərinləşməsinə səbəb olur, hətta fəlakətlərə, faciələrə də gətirib çıxarır. Sözügedən hadisədə isə zorakılığa məruz qalan məktəb şagirdidir. Uşaqlarla bağlı da həmçinin daim bildirilir ki, susmayın, özünüzə qarşı olan pis davranışı bildirin. Çəkinmək lazım deyil. Uşağın komplekslərdən azad böyüməsində ailənin də, məktəbin də əhəmiyyəti böyükdür. Evdə uşağa mütləq başa salınmalıdır ki, o, məktəbdə və ya həyətdə başqalarının ona qarşı aqressiv hərəkəti barədə bildirməlidir. Elə ailələr var, uşaqlar baş vermiş hadisəni danışmaqdan çəkinir, valideynlərinin onu qorumaq əvəzinə, danlayacağını düşünür. Bu, valideyndən asılıdır. Deməli, valideyn övladına inam aşılaya bilməyib. Övlad ata-anasından kömək alacağına əmin deyil. Hansı uşaq ki valideyninə arxayındır, onu qoruyacağını, arxa, dayaq olacağını bilir, buna əmindir, o uşaq evdən kənarda baş verənlər barədə açıq danışır, çəkinmir. Valideyn əgər evdə belə bir mühit yaradıbsa, övladının etibarını qazanıbsa, həmin uşaqlar daha az təhlükə altındadır. Bir hadisə baş verdikdə bunu valideyninə bildirir. Bu hadisədə də müsbət tərəf budur ki, şagird döyülməsi haqqında valideyninə məlumat verib, yəqin ki, kimlərin onunla zorakı davrandığını, nə tələb etdiklərini də deyib. Valideyn də doğru olaraq polisə müraciət edib.
Uşaqları "Qaynar xətt"ə alışdırmaq lazımdır
05:16 31.01.2024
Cəmiyyət
648
Onlar bilsinlər ki, polis, hüquq-mühafizə orqanları deyilən qurumlar var və onlar köməyə gələcək
Zabratda səkkizinci sinif şagirdinin döyülməsi hadisəsinə Daxili İşlər Nazirliyi açıqlama verib. DİN Mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, yanvarın 29-da Sabunçu rayon Zabrat qəsəbəsi sakini polisə müraciət edərək 14 yaşlı oğlunun döyüldüyü barədə məlumat verib. “Vətəndaş oğlunun birlikdə hazırlığa getdiyi yeniyetmə tərəfindən döyüldüyünü və döyülməni əks etdirən videogörüntüləri yayacağını deyərək onun övladından pul tələb edildiyini deyib. Daxil olan müraciətlə əlaqədar təhqiqat araşdırması başlanılıb. Hadisə yerinə baxış keçirilib, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib, hadisə iştirakçılarının izahatları alınıb. Hazırda təhqiqat araşdırmaları davam etdirilir”.
Məsələ ilə bağlı “Sherg.az"a danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, burada əsas məsələ şagirdin baş vermiş hadisə barədə ailəsinə məlumat verməsi, valideynin də hüquq-mühafizə orqanlarına müraciət etməsidir:
- Zorakılıq edən şəxslərin müəyyənləşməməsində əsas səbəblərdən biri zorakılığa məruz qalmış şəxsin susması, hadisə barədə, ona qarşı edilən zorakılıq, təcavüz, işgəncə, ümumiyyətlə, pis münasibət barədə ailəsinə və ya aidiyyəti orqanlara məlumat verməməsidir. Biz ictimai birlik kimi bu məsələni həmişə gündəmə gətiririk və zorakılığa məruz qalan qadınlardan təkidlə xahiş edirik ki, bu haqda susmasınlar. Danışsınlar, məlumat versinlər. Susmaq problemi həll etmir, əksinə, daha da dərinləşməsinə səbəb olur, hətta fəlakətlərə, faciələrə də gətirib çıxarır. Sözügedən hadisədə isə zorakılığa məruz qalan məktəb şagirdidir. Uşaqlarla bağlı da həmçinin daim bildirilir ki, susmayın, özünüzə qarşı olan pis davranışı bildirin. Çəkinmək lazım deyil. Uşağın komplekslərdən azad böyüməsində ailənin də, məktəbin də əhəmiyyəti böyükdür. Evdə uşağa mütləq başa salınmalıdır ki, o, məktəbdə və ya həyətdə başqalarının ona qarşı aqressiv hərəkəti barədə bildirməlidir. Elə ailələr var, uşaqlar baş vermiş hadisəni danışmaqdan çəkinir, valideynlərinin onu qorumaq əvəzinə, danlayacağını düşünür. Bu, valideyndən asılıdır. Deməli, valideyn övladına inam aşılaya bilməyib. Övlad ata-anasından kömək alacağına əmin deyil. Hansı uşaq ki valideyninə arxayındır, onu qoruyacağını, arxa, dayaq olacağını bilir, buna əmindir, o uşaq evdən kənarda baş verənlər barədə açıq danışır, çəkinmir. Valideyn əgər evdə belə bir mühit yaradıbsa, övladının etibarını qazanıbsa, həmin uşaqlar daha az təhlükə altındadır. Bir hadisə baş verdikdə bunu valideyninə bildirir. Bu hadisədə də müsbət tərəf budur ki, şagird döyülməsi haqqında valideyninə məlumat verib, yəqin ki, kimlərin onunla zorakı davrandığını, nə tələb etdiklərini də deyib. Valideyn də doğru olaraq polisə müraciət edib. M.Zeynalova bildirdi ki, uşaqlar “Uşaq Qaynar xətt”i haqqında məlumatlı olmalıdır:
- İndi, şükür, demək olar əksər uşaqlar, məktəblilər mobil telefonlardan istifadə edir. Yaxşı olar ki, valideynlər həmin telefonlara həm hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin, “Uşaq Qaynar xətti”nin əlaqə nömrələrini daxil etsinlər. Və uşağı başa salsınlar ki, nəsə bir hadisə baş verərsə, bu nömrələrə zəng vursunlar. Uşaqları buna alışdırmaq lazımdır ki, polis, hüquq-mühafizə orqanları deyilən qurumlar var və onlar köməyə gələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm