106 il öncə yaradılmış Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer alır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, qəhrəman Ordumuzun döyüş meydanlarında göstərdiyi hünərlər qarşıya qoyulan hədəflərə nail olmaq üçün onun ən mürəkkəb tapşırıqlara yerinə yetirməyə qadir olduğunu göstərib: “Tarixi ədalətin öz yerini tutması, ərazi bütövlüyümüzün təmin olunması üçün canından keçmiş şəhidlərimizi biz heç zaman unutmayacağıq. Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş komandanı, əsgər və zabitləri təbrik edir və onlara yeni uğurlar arzulayırıq”.