Azərbaycanın Baş Qərargah rəisi Pakistan HDQ komandanını qəbul edib - VİDEO
11:09 04.08.2025
Hərbi
363
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı admiral Navid Əşrəf və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sherg.azMüdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdən əvvəl qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Azərbaycan Ordusunun Baş Qərargahında görüş keçirilib. General-polkovnik Kərim Vəliyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında əlaqələrin qədim tarixi köklərə söykəndiyini qeyd edən Baş Qərargah rəisi hərbi əməkdaşlığımızın yüksək inkişaf mərhələsində olduğunu vurğulayıb.
Admiral Aşraf isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və Pakistan hərbi dənizçilərinin peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş və səmərəli fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə