
“Bir millət, bir sipər”: Ankara-Bakı təhlükəsizlik bağını gücləndirir
10:15 31.07.2025
Hərbi
524
Ədalət Verdiyev: Dünyada heç bir ölkə təhlükəsizlik məsələlərini başqa dövlətə etibar etmir
Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyə dair Memorandumun imzalanmasının səbəbi açıqlanıb.
Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA-ya müsahibəsində bildirib ki, İkinci Qarabağ savaşından dərhal sonra - 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalanıb.
“Mən də səfərdə iştirak edirdim və Şuşa Bəyannaməsinin hansı siyasi atmosferdə, necə imzalanmasının şahidlərindən biriyəm. Azərbaycan və Türkiyə ilk dəfə olaraq bir-birinin təhlükəsizliyini qarşılıqlı təmin edəcək bir sənədə imza atıb, bununla bağlı qarşılıqlı öhdəlik götürülüb. Hər iki ölkənin parlamentləri Bəyannaməni ratifikasiya edib. Ötən həftə də Şuşa Bəyannaməsinin davamı olaraq İstanbuldakı İDEF-2025 sərgisi çərçivəsində Türkiyə və Azərbaycan müdafiə nazirləri bu sahədə əməkdaşlığı daha da konkretləşdirən "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" imzalayıb. "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun imzalanması tarixi hadisədir. Xüsusilə hər iki ölkənin müstəqilliyini, təhlükəsizliyini üçüncü tərəflərə münasibətdə qoruyan çox strateji bir sənəddir”, - deyə səfir qeyd edib.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən sonra Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi:

“Bu bəyannəmə hər iki qardaş ölkənin milli təhlükəsizliyinin bir çox sahələrini əhatə edən xarici, hərbi və siyasi təhdidlərin neytrallaşdırılması məqsədi ilə imzalanan bəyannamə idi. Şuşa Bəyannaməsi unikal sənəddir və bu sənədə digər ölkələrdə rast gəlinmir. Çünki Şuşa Bəyannaməsi qardaş ölkələrdən birinə təhdid yaranacağı təqdirdə Təhlükəsizlik Şurasının birgə iclaslarını nəzərdə tutur. Dünyada heç bir ölkə təhlükəsizlik məsələlərini başqa dövlətə etibar etmir. Yəni bu proseslər hər bir ölkənin özünə aid Təhlükəsizlik Şurasının iclaslarında müzakirə olunur. Azərbaycanda isə hər iki ölkə qarşılıqlı şəkildə birgə Təhlükəsizlik Şurasının iclaslarını keçirə və orada ortaq qərarlar qəbul edə bilər. Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında imzalanan qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma Memorandumu tərəflər arasında mövcud olan təhlükəsizlik sahəsində əməkdaşlığın daha da konkretləşməsini istiqamələnən sənəddir. Tərəflər növbəti dəfə isə real təhdidlər fonunda bir-birinə sonsuz dəstək ifadə etməklə həm qardaş ölkələrin müstəqilliyini, təhlükəsizliyini nəzərdə tutan mühüm sənəd imzalayıblar”.
Ekspert qeyd edib ki, Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı heç bir halda, 3-cü ölkələrə qarşı yönəlməyib:
“Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, təhlükəsizliyin və rifahın yüksəldilməsinə istiqamətlənib.
Tərəflər artıq regionun güc mərkəzinə çevrilib. Bu güc mərkəzi isə yalnız təhlükəsizləyin və rifahın olmasını hədəfləyib”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə