Super Liqada "Göztəpə"yə 2-1 məğlub olan "Qalatasaray"da tərəfdarlar baş məşqçi Fatih Termə sərt reaksiya veriblər. Oynanan futboldan məmnun olmayan "sarı-qırmızı"lı tərəfdarlar Fatih Termə istefa şüarları səsləndiriblər.
Sherg.az xəbər verir ki, bu nəticə il "aslanlar" son 5 liqa matçında 4 dəfə xal itkisi yaşadı.
Digər yandan "Qalatasaray" son 9 kənar sahə matçında yalnız 2 qalibiyyət aldı.
Terminin bir az əvvəl yaydığı açıqlama da ictimai mediada gündəmə gəldi. "Türk oyunçuları da hazırlayırıq. Bu dövrdə onlara da haqsızlıq etmiş ola bilərik. Amma əmin olun, daha çox görəcəksiniz, 17-18 yaşındakıları da görəcəksiniz. Mən yanıldım, mən səhv etdim. İnşallah dilədiklərimi edə bilərəm".
"Sarı-qırmızı"lı tərəfdarlar xüsusilə ilk 11-likdə başlayan 35 yaşlı Səlcuq İnan üşün Termi tənqid edirlər.
Turan