“Fənərbaxça” derbidə qalib gəlib, lider xal itirib



Türkiyə Super Liqasında XVI tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun üçüncü günündə 3 matç keçirilib.

Çempionatın lideri “Sivasspor” xal itkisi ilə üzləşib. “Gənclərbirliyi”nin qonağı olan sivaslılar məğlubiyyətdən son dəqiqələrdə qaçıblar.

“Başakşəhər” səfərdə “Kayserispor”u darmadağın edib. Meydan sahibləri ilk 10 dəqiqədə iki avtolla diqqət mərkəzinə düşüblər.

Günə İstanbul derbisi ilə yekun vurulub. “Fənərbaxça” “Beşiktaş”a 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura dekabrın 23-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XVI tur
22 dekabr
“Gənclərbirliyi” – “Sivasspor” – 2:2
Stanku, 56, Ayite, 58 – Kone, 24, Yatabare, 90
“Kayserispor” – “Başakşəhər” – 1:4
Kravets, 38 – Lopes, 5 (avtoqol), Kula, 10 (avtoqol), Ba, 48, Aleksiç 90
“Fənərbaxça” – “Beşiktaş” – 3:1
Kruze, 23 (pen), Tufan, 32, Muriqi, 58 – Hatçinson, 45