Türkiyə Super Liqasında XVII tur start götürüb.
Apasport.az saytının məlumatına görə, I dövrənin son turunun ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə qarşılaşması İstanbulda keçirilib. Mükafatlara iddialı “Beşiktaş” çempionatın ortababı “Gənclərbirliyi”ni sınağa çəkib.
Görüşdə hesabı Ankara təmsilçisi açıb. “Ağ-qaralar” yalnız fasilədən sonra öncə hesabda tarazlıq yaradıb, ardınca 3 qol vuraraq böyükhesablı əzmkar qələbə qazanıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 28-29-da keçiriləcək.