UEFA Azərbaycan klublarına vəsait ayırdı

UEFA Azərbaycanın yeddi klubuna vəsait ayırıb. Bununla bağlı AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Məlumata əsasən, 2018/19-ci il  mövsümünü əhatə edən  UEFA-nın “Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı siyahıya uyğun olaraq UEFA-dan ayrılmış maliyyə  vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

“Neftçi” - 56,794.43 avro
“Səbail” - 56,794.43 avro
“Qəbələ” - 56,794.43 avro
“Zirə” - 56,794.43 avro
“Sumqayıt” - 56,794.43 avro
“Sabah” - 56,794.43 avro
“Keşlə” - 56,794.43 avro

Qeyd edilib ki, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait   klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan  klubun hesabına köçürüləcək.