2019-cu ildə ən çox pul qazanmış 6 idmançı... – Söhbət milyonlardan gedir -FOTOLAR


Peşəkar idmanda bəzi idmançıların öz fədakarlığı və qabiliyyəti ilə seçilməsi onlara lüks və relaks dolu bir həyat bəxş edir. Və bu həyat, yaşayış səviyyəsi heç də  başqalarında təəccüb doğurmalı deyil. Onlar məhz öz əzab- əziyyətləri hesabına bəzən bir neçə yüz milyon dollar və avro gəlir əldə edirlər. Əlbəttə, idmançıların da gəliri onların istedadı və nüfuzundan asılı olaraq dəyişir. Onlar tamaşaçı üçün, ölkəsi üçün nə  qədər cəlbedici olsalar, maaşları da o qədər yüksək olur. İndi sizə öz cəlbedicilikləri, nüfuz və əziyyətlərinə görə, 2019-cu ildə dünyada ən çox maaş alan 6 idmançını təqdim edirik. 


Tanınmış futbolçu Lionel Messi 2019-cu ildə 127 milyon dollar qazanaraq 1-ci sırada qərarlaşıb və ən varlı idmaçı seçilib. 

İkinci sırada Kristiano Ronaldo gəlir. O, bu il  109 milyon dollar qazanc əldə edib. 

Məşhur futbolçu  Neymar 105 milyon dollarla 3-cü yerə yüksəlib. 

Tanınmış Boksçu Kanelo Alvarez  94 milyon dollar qazanaraq 4-cü yeri tutub. 

Məşhur teniçisi  Rojer Federer isə 93.4 milyon dollar qazanaraq 5-cı sırada qərarlaşıb. 

Amerikan futbolunun professional oyunçusu Rusel Vilsonun  2019-cildə 89.5 milyon dollar qazanaraq 6-lığa düşüb. 

Ferrari komandasının pilotu Sebastian Vettel isə  40.3 milyon dollar qazanaraq 30-cu yerdə qərarlaşıb.