“Barselona” azarkeşləri onun namizədliyinə səs verdi

İspaniyanın “Barselona” klubunun azarkeşləri baş məşqçi postunda almaniyalı mütəxəssis Yurgen Kloppu görmək istəyirlər.

İspaniyanın tanınmış “Mundo Deportivo” idman nəşri 300 Barselona azarkeşi arasında klub rəhbərliyinə hansı baş məşqçinin gətirilməsi ilə əlaqədar sorğu keçirib.

Sorğu “Nou Kamp” stadionu yaxınlığında “Barselona”-“Alaves” oyunundan sonra keçirilib. Klub azarkeşlərinin 80 faizi hazırkı məşqçi Valverdinin işindən narazıdır və onun getməsini istəyiblər. 33,6 faiz azarkeş isə kluba “Liverpul”un hazırkı baş məşqçisi Yurgen Kloppun rəhbərlik etməsini arzulayır.