Məşhur çempionumuz ABŞ-a köçdü - FOTO

Məşhur paralimpiyaçımız Gündüz İsmayılov ailəsi ilə birlikdə ABŞ-a köçüb.

Bu barədə Axar.az-a çempionumuz özü məlumat verib. Onun sözlərinə görə, artıq 3 aydır ki, İlinoys ştatına yerləşiblər.

G.İsmayılov ştata yerləşdiyi ilk gündən fəaliyyətini də davam etdirib və tələbəsi Elxan Orucovla birlikdə İllinoys ştat çempionu yarışlarına qatılıb.

Həm G.İsmayılov, həm də E.Orucov qalib olub.

Hazırda dəfələrlə Avropa və dünya çempionu olan G.İsmayılov, həmçinin tələbəsi E.Orucov “Mütləq İllinoys çempionu” titulunu daşıyırlar.