Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymar irqçiliyə məruz qalan futbolçuların müdafiəsinə qalxıb.
“France Futbol” məlumat verir ki, hücumçu Ukrayna Çempionatının 14-cü turunda baş tutan “Şaxtyor”- “Dinamo” oyununda həmyerlisi Taysona qarşı səsləndirilən alçaldıcı ifadələrə münasibət bildirib.
“İqrçilik məni qıcıqlandırır. Balotelli, Dentinyo və Taysonun başına gələnlər qəbuledilməzdir. Belə olmamalıdır. Stadiona gələn azarkeşlərin bunu başa düşməsi çox vacibdir”, - deyə Neymar açıqlamasında söyləyib.