Qazaxıstanın “Tobol“ futbol komandasına yeni baş məşqçi təyin olunub. Nə qədərə təəccüblü olsa da, komandanın baş məşqçisi ermənidir.
Xatırladaq ki, hazırda Azərbaycan Millisinin qapıçısı olan Emil Balayev də məhz bu komandanın əsas qapıçısıdır. Amma yeni baş məşqçi komandaya başqa qapıçı - İqor Şatskini dəvət edib.
Qazaxıstanın “Prosports.kz” nəşri yazır ki, Azərbaycan mediası və futbol ictimaiyyəti erməni baş məşqçiyə görə Emil Balayevə təzyiqlər edərək onun komandadan çıxmasını istəyirlər. Nəşr buna misal kimi futbol mütəxəssisi Ağasəlim Mircavadovun açıqlamasını göstərir.
Qeyd edək ki, Mircavadov açıqlamasında, “birdən bu məşqçi sırf erməni kimi həkət etsə? Erməni məşqçi siyasətə qarışarsa, onda Balayev heyətdən çıxa bilər”, - deyə bildirib.
Oxşar açıqlamanı Azərbaycan yığmasının qapıçı məşqçisi Dmitri Kramarenko da verib:
“Mən Emilə dərhal baş məşqçi ilə görüşməyi və gələcəyini müzakirə etməyi məsləhət görərdim. Əgər yeni məşqçi məsələyə peşəkarcasına yanaşırsa, heç bir problem yaranmamalıdır. Futboldan kənar yanaşma olarsa, digər nüanslar ortaya çıxacaq”.