Liderlər heç-heçə edib, İstanbul derbisində qol olmayıb


Türkiyə Super Liqasında XXVI tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun üçüncü günündə üç oyun keçirilib.

Turnir cədvəli baxımından turun mərkəzi oyunu Trabzonda baş tutub. Çempionatın şərikli liderləri “Başakşəhər”lə “Trabzonspor” sonuncuların meydanında üz-üzə gəliblər.

Matçdakı hər iki qol ikinci hissədə vurulub. Qonaqlar öncə hesabı açsalar da, 7 dəqiqə avtoqola üzülüblər. Liderlərin heç-heçəsi izləyicilər üçün xal fərqini yaratmaq imkanı yaradıb.

3-cü pillədə qərarlaşan son çempion “Qalatasray” İstanbul derbisinə çıxıb. “Sarı-qırmızııar” evdə “Beşiktaş”ı qəbul edib.

Liderlərin dueli kimi istanbullular arasında qarşılaşmada da qalib müəyyənləşməyib. Lakin digər matçlardan fərqli bu oyun qolsuz başa çatıb.

Günün digər qarşılaşmasında təhlükəli zonada qərarlaşan iki komanda görüşüb. Autsayder “Kayserispor” turdan-tura aşağı pillələrə yuvarlanan “Yeni Malatyaspor”u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.

Türkiyə Super Liqası
XXVI tur
15 mart
“Kayserispor” – “Yeni Malatyaspor” – 2:1
Mesanoviç, 22, Enrike, 42 – Kyartansson, 70
“Trabzonspor” – “Başakşəhər” – 1:1
Şkrtel, 63 (avtoqol) – Ba, 56
“Qalatasaray” – “Beşiktaş” – 0:0