Türkiyəli ulduz “Yuventus”a keçə bilər


Türkiyəli ulduz futbolçu Hakan Çalhanoğlu hələ də yeni müqavilə barədə “Milan”la razılığa gəlməyib.

Bu barədə “Sky Sport” məlumat yayıb.

Belə olan halda isə futbolçunun transferi ilə “Yuventus”, “Arsenal” və “Çelsi” kimi klublar maraqlanıb. Xüsusən “Yuve”nin ulduz futbolçunu heyətinə cəlb etməkdə qərarlı olduğu qeyd olunur.