İtaliya A Seriyasının 30-cu turunda “Yuventus” - “Cenoa” qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Championat” xəbər verir ki, oyunun final fiti çalınan kimi “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu formasını yerə çırpıb
Futbolçu bu hərəkətini hələ ki, şərh etməyib.
Qeyd edək ki, K. Ronaldu Portuqaliya millisinin heyətində Serbiya ilə səfər qarşılaşmasından sonra (2:2) kapitan sarğısını yerə çırpmışdı.