Türkiyə Çempionatında OMÜ boksçuları 4 medal qazanıblar - FOTO

Balıkəsir Universitetində Türkiyə Universitet İdmanları Federasiyası tərəfindən təşkil edilən Universitetlər "Boks Unilig" Türkiyə Çempionatında OMÜ boksçuları 4 medal qazanıblar. 
"Sherg.az" xəbər verir ki, martın 28-dən aprelin 1-dək keçirilən və 63 müxtəlif universitetdən 300-ə yaxın idmançının mübarizə apardığı çempionatın sonunda yüksək dərəcələrdə yer alan idmançılara və komandalara medallar və kuboklartəqdim olunub.

"Ondokuz May" Universitetinin (OMÜ) 10 idmançı ilə qatıldığı çempionatda; Yiğit Us 60 kq, Eren Özdemir 67 kq, Həsən Osman 80 kq və Berat Acar +92 kq-da Türkiyə çempionu olarkən, Tamer Tok 92 kq-da Türkiyə ikincisi, Emirhan Karaca 51 kq və Berk Us 86 kq-da Türkiyə  üçüncü olub.

Kişi komanda kateqoriyasında OMÜ birinci, Fırat Universiteti ikinci, Qazi Universiteti və Fənərbaxça Universiteti isə üçüncü olub.