“Qarabağ” bu gün Konfrans Liqasının pley-off mərhələsində ikinci oyununa çıxacaq.
Bakupost.az xəbər verir ki, Ağdam klubu Belçikanın “Gent” komandası ilə qarşılaşacaq.
Bir həftə öncə bu rəqibinə 1:0 hesabıyla qalib gəlmiş Qurban Qurbanovun kollektivinə mərhələ adlamaq üçün səfərdə heç-heçə də bəs edəcək.
Bu, Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağıdır. “Qarabağ” ötən il bu mərhələdə Fransanın “Olimpik” (Marsel) klubu ilə qarşılaşmış və mübarizəni dayandıran tərəf olmuşdu.