Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın son iki idmançısı çıxış edib.
Rəşid Məmmədəliyev (73 kq) startda özbəkistanlı Şahram Axadovla görüşdə məğlub olaraq mübarizəni dayandırıb. Eyni çəkidəki Nəriman Mirzəyev də turnirlə erkən vidalaşıb. O, Behruzi Xocazodaya (Tacikistan) ilə dueldən məğlub ayrılaraq çıxışını başa vurub.
Xatırladaq ki, ilk yarış günündə tatamiyə çıxan dörd cüdoçumuzdan yalnız 60 kq çəki dərəcəsində yer alan Əhməd Yusifov bürünc medal qazanıb.
10:12
Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Oxu.Az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gələcək.
Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşəcək.
Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.