Qrizmann yalnız 154 qolu olan Luis Araqonesdən geri qalır

İspaniya La Liqasının 24-cü turunda "Sevilya" ilə oyun "Atletiko"nun futbolçusu Antuan Qrizmann üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu sözügedən görüşdə fərqlənib. Bu, Antuanın Madrid təmsilçisinin heyətində bütün yarışlarda vurduğu 150-ci qol olub.

Qrizmann klub tarixində yalnız 154 qolu olan Luis Araqonesdən geri qalır.

Qeyd edək ki, Qrizmann 2014-2019-cu illərdə də "Atletiko"nun formaını geyinib. O, 2021/22 mövsümündə icarə əsasında "Atletiko"da oynayıb. Daha sonra isə fransalı forvard birdəfəlik La Liqa təmsilçisinə transfer olunub.