Nikolo Zaniolo oynadı, "Aston Villa" qalib gəldi

İngiltərə Premyer Liqasının üçüncü həftəsində “Bernli” “Aston Villa” ilə qarşılaşıb. Turf Moorda keçirilən görüş qonaq komandanın 3:1 hesablı üstünlüyü ilə başa çatıb.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Aston Villa"nın qələbə qollarını 8 və 20-ci dəqiqələrdə Metti Keş və 61-ci dəqiqədə Mussa Diabi vurub. "Bernli"də 47-ci dəqiqədə Layl Foster fərqlənib. “Qalatasaray”dan “Aston Villa”nın icarəyə götürdüyü Nikolo Zaniolo 73-cü dəqiqədə oyuna daxil edilərək debüt edib.

Bu nəticə ilə "Aston Villa" xalını 6-ya yüksəldib. "Bernli"nin 3 xalı var. "Aston Villa" gələn həftə Premyer Liqada "Liverpul"u qəbul edəcək. "Bernli" səfərdə "Tottenhem"in qonağı olacaq.