Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu daha bir dünya rekorduna imza atıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna "Əl-Şabab"a 4:0 hesabı ilə qalib gəldikləri yerli çempionatın IV turunun matçında dubl etməklə nail olub.
Bu, Ronaldunun milli çempionatlarda 516 və 517-ci qollarıdır. Portuqaliya millisinin üzvü Yozef Bitsan və Ferents Puşkası geridə qoyub. Siyahıya regional liqalarda vurulan qollar daxil edilməyib. Bu səbəbdən Pele və Romario cədvəldə yoxdur.