"Beşiktaş"da Cenk Tosun fırtınası: Burak Yılmazı geridə qoyub

Superliqanın 13-cü həftəsində "Samsunspor"un qonağı olan "Beşiktaş"da Cenk Tosun rəqib qapısına yol tapmağı bacarıb. Cenk Tosun bu qolla Burak Yılmazı geridə qoyub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Rıza Çalımbayın məşqçilik etdiyi "Beşiktaş"  Super Liqanın 13-cü həftəsində səfərdə "Samsunspor"un qonağı olub. 

32 yaşlı mərkəz hücumçusu səfər oyununda vurduğu qolla diqqətçəkən uğura imza atıb. Cenk Tosun bu uğuru ilə Burak Yılmazı geridə qoyub.

Rıza Çalımbay tərəfindən ilk 11-likdə oynamaq şansı verilən Cenk Tosun matçda hesab pərdəsini açan ad olub. 14-cü dəqiqədə Soner Gönüllə qoşa mübarizədə Valentin Rosierin qazandığı penaltini Cenk Tosun yerinə yetirib.

Superliqa karyerasında “Samsunspor”a vurduğu qolla 33 fərqli rəqibə qol vurmağın sevincini yaşayan Cenk Tosun, Burak Yılmazı (32) geridə qoyaraq, 2007-ci ildən bu yana komandanın heyətində ən çox qol vuran futbolçu olub.


Son zamanlar “Beşiktaş”da formada çıxış edən Cenk Tosun Superliqada keçirdiyi son 3 matçda rəqib qapısına yol tapıb. "Qaziantep FK" və "Antalyaspor"dan sonra "Samsunspor" yarışında qol vuran Cenk Tosun bu mövsüm Super Liqada qollarının sayını 3-ə çatdırıb. 32 yaşlı hücumçu 2 məhsuldar ötürmə də edib.

"Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq Cenk Tosunun hazırkı bazar dəyəri 3 milyon avrodur.

Türkiyə milli futbol komandasında 50 oyuna çıxan Cenk Tosun 20 dəfə rəqib qapısına yol tapıb.