“Beşiktaş”dan Cümhuriyyətin 100 illiyinə xüsusi forma - FOTO



Türkiyə Super Liqasının 18-ci həftəsində, 25 dekabr bazar ertəsi saat 20.00-da səfərdə "Atakaş Hatayspor"la səfər matçında "Beşiktaş" Cümhuriyyətin  100-cü ildönümü üçün xüsusi hazırladığı yeni forması ilə oynayacaq.

Klubdan verilən açıqlamada deyilir: 
Klubumuzun Türkiyə Futbol Federasiyasına etdiyi müraciət nəticəsində  böyük qürurla qeyd etdiyimiz 100-cü ildönümünün son oyununda meydanda xüsusi formamızla iştirak edəcəyik.

Türkiyə idmanının sarsılmaz təməl daşı, milyonların göz bəbəyi, "Beşiktaş"ın  şanlı ay-ulduzlu gerbi ilə bəzədilmiş forması ilk dəfə oyunçularımızın üzərində olacaq. Burada ölkəmizin qurucusu Qazi Mustafa Kamal Atatürkün loqosu, Cümhuriyyətimizin 100-cü ildönümü loqosu, qurucularımızın və fəxri prezidentlərimizin adları da var.
Bu xüsusi iş üçün formamızdakı hüquqlarından imtina edən sponsorlarımıza mənalı dəstəyinə görə təşəkkür etmək istərdik.