Qabriel Paulistanı heyətinə qatan "Beşiktaş" transfer çalışmalarını davam etdirir.
Sherg.az "Milliyyət"ə istinadən xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Covanni van Bronkhorst “Feyenoord” dönəmindən keçmiş yetirməsi Stiven Berquisi heyətində görmək istəyini rəhbərliyə çatdırıb.
Ghezzalın gedişindən yaranan boşluğu Berquis ilə doldurmağı planlaşdıran Beşiktaş, transferi reallaşdırmaq üçün uyğun şərtlər axtarmağa başladı.
“Qara-ağlar” 32 yaşlı futbolçunu münasib transfer haqqı qarşılığında heyətinə qatacaq.