"Sevilya" klubu Serxio Ramosla yollarını ayırdıqlarını açıqlayıb.
Bu açıqlamadan sonra 38 yaşlı futbolçu sərbəst buraxılıb.
Əndəlus təmsilçisinin verdiyi açıqlamada müqaviləsi başa çatan 38 yaşlı müdafiəçi ilə sabah Ramon Sançes Pisxuan stadionunda vida mərasiminin keçiriləcəyi bildirilib.
Ramosa "Sevilya"dakı sadiqliyinə, liderliyinə və fədakarlığına görə təşəkkür edilib və ona karyerasında uğurlar arzulanıb.
Serxio Ramos 18 ildən sonra mövsümün əvvəlində "Sevilya"ya transfer olunub.
Təcrübəli futbolçu ötən mövsüm bütün yarışlarda 37 matçda 7 qol vurub.